Britaniyalı aktrisa etiraz əlaməti olaraq soyunub. Lent.az-ın buro247.az-a istinadən məlumatına görə, məşhur fransalı fotoqraf Patrik Demarşelye "Interview" jurnalı üçün Kira Naytlinin şəkillərini çəkib. "Time" jurnalına müsahibəsində aktrisa bəyan edib ki, bu fotolarda onun bədəni reallıqda olduğu kimi görünür.
Naytli bədəninin dəfələrlə manipulyasiya obyekti olmasından şikayət edib. Bu, həm paparazzi, həm də film posterləri üçün çəkilişlərdə rast gəlinib. "Qadın bədəni - döyüş meydanıdır və müəyyən mənada bunda fotoqrafiya günahkardır", - deyə Naytli bəyan edib. Etiraz əlaməti olaraq, Demarşelyenin şəkillərindən birində aktrisa toples çəkilib.