Manaf Ağayevin 100 minlik maşınını bu hala saldılar
23 yanvar 2015 10:54 (UTC +04:00)

Manaf Ağayevin 100 minlik maşınını bu hala saldılar

 

 

Müğənni Manaf Ağayevin qiyməti təxminən 100 min manata yaxın olan avtomobilinin ön şüşəsi sındırılıb.

 

Lent.az-ın “ATVxəbər.az”a istinadən xəbərinə görə, ATV-nin "Səs verməyin" verilişinin qonağı olan müğənniyə tamaşaçılar sürpriz edib.

 

"Səs verməyin"nin tamaşaçıları müğənniyə səs verərək onun başına iş açıblar. Tamaşaçılar səs verdikləri üçün ATV-nin həyətindəki xüsusi qurğu ilə müğənnin avtomobilinə bir neçə zərbə endirilib. Nəticədə avtomobilin ön şüşəsi yarasız hala düşüb. 

Xatırladaq ki,  “Səs verməyin” verilişi həftənin cümə axşamı saat 22:30-da yayımlanır. Verilişin aparıcısı tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyevadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar