Konçitadan sonra Avstriyanı bu oğlan təmsil edəcək
05 mart 2015 18:57 (UTC +04:00)

Konçitadan sonra Avstriyanı bu oğlan təmsil edəcək

 

Vyanada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Avstriyanı təmsil edəcək iştirakçı məlum olub.

 

Lent.az-ın məlumatına görə, müsabiqənin sonuncu qalibi olan ölkəni bu dəfə “ARIA “mükafatı laureatı Guy Sebastian təmsil edəcək. O, 2003-cü ildə “Avstrian İdol” yarışmasının qalibi olub.

 

 Xatırladaq ki, Avstriyanı “Eurovision 2014” müsabiqəsində homoseksual müğənni Konçita Vürst təmsil etmiş və ölkəsinə birincilik qazandırmışdı. Məhz buna görə də, Avstriya  birbaşa Eurovision müsabiqəsinin mayın 23-də keçiriləcək final mərhələsində  yarışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar