Kayahanın qızı məhkəməyə müraciət etdi
06 iyul 2015 10:24 (UTC +04:00)

Kayahanın qızı məhkəməyə müraciət etdi

Bir neçə ay öncə dünyasını dəyişən müğənni Kayahanın ilk evliliyindən olan qızı Bəstə Açar məhkəməyə üz tutub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mərhumun qızı atasının var-dövlətinin siyahıya alınması üçün məhkəməyə müraciət edib. Onun müraciəti qeydə alınıb, araşdırmalar aparılır.

 

Qeyd edək ki, 1949-cu il martın 29-da İzmirdə anadan olan Kayahan 3 dəfə ailəli olub. İlk evliliyi 1973-cü ildə Nur adlı xanımla baş tutub. Cütlük 24 il sonra boşanıb. 1975-ci ildə Bəstə adında bir qızı olub.  Daha sonra 1990-ci ildə Lalə adlı xanımla ailə qurub. Lakin bu evliliyi də uğursuz olub. 1996-ci ildə Lalə xanımdan da boşanıb. Sonuncu evliliyi isə 1999-ci ildə İpək Tütər adlı xanımla olub. Kayahanın həmin evlilikdən 15 yaşlı bir qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Yalçın UĞUR

Oxşar yazılar