Müğənni İzzət Bağırov soyadını dəyişib. Lent.az xəbər verir ki, bu barədə ifaçı “Ey dost” mahnısına çəkdirdiyi kliplə bağlı keçirdiyi mətbuat konfransında bildirib. İfaçı deyib ki, artıq bu gündən etibarən hər kəs onu “Bağırov” soyadı ilə yox, “Bağırzadə” soyadı ilə çağırmalıdır.
Qeyd edək ki, ifaçı yeni buraxdığı albomunun üz qabığında da soyadını "Bağırzadə" yazdırıb.