İTV xəbərdarlıq etdi
13 fevral 2015 19:27 (UTC +04:00)

İTV xəbərdarlıq etdi

 

İctimai Televiziya Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin oxuyacağı mahnı ilə bağlı açıqlama verib.

 

APA-nın məlumatına görə, erməni təmsilçilərin qondarma “soyqırım”a həsr olunmuş “Dont Deny” (İnkar etmə) adlı mahnı oxuyacağına reaksiya verən telekanal bildirib ki, “Eurovision” mahnı müsabiqəsidir: “Xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, xəbər təsdiqlənsə, biz də müsabiqədə adekvat addım atacağıq”.

 

Qeyd edək ki, fevralın 12-də yayılan xəbərdə bildirilib ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən “İnkar etmə” (Dont Deny) mahnısını ifa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar