İtaliya da seçimini etdi
18 fevral 2013 19:29 (UTC +04:00)

İtaliya da seçimini etdi

May ayında  İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” Mahnı Müsabiqəsində daha bir ölkə öz təmsilçisini seçib. Lent.az-ın məlumatına görə, İtaliya da  təmsilçisini müəyyənləşdirib. İtaliyanı bu müsabiqədə “Sanremo-2013” festivalının qalibi olan 25 yaşlı Marko Menqoni təmsil edəcək.

İtaliya mayın 18-də müsabiqənin birbaşa final mərhələsində çıxış edəcək.

 

Kipr isə müsabiqə mahnısını seçib. Müsabiqədə Kiprin təmsilçisi Despina Olimpiu “İf you remember me” (“Əgər sən məni xatırlayırsansa”) mahnısını oxuyacaq.

 

Kipr təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək birinci yarımfinalında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar