Azərbaycanlı müğənninin mahnısı Cem Yılmazın filimində...
16 noyabr 2015 10:20 (UTC +04:00)

Azərbaycanlı müğənninin mahnısı Cem Yılmazın filimində...

Müğənni İradə İbrahimovanın repertuarından  "Neyləyək alınmadı" adlı mahnı Türkiyənin tanınmış aktyoru Cem Yılmazın "Ali Baba və 7 Cücələr" filmində səslənib. Lent.az-a açıqlama verən İ.İbrahimova bildirib ki, bu barədə filmin nümayişindən sonra xəbər tutub:

"Film noyabrın 13-də nümayişə çıxarıldı. Bu xəbəri bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verdi. Filmdə Cem Yılmaz özü mahnını zümzümə edib. Bu cür hal məni sevindirməyə bilməz. Məmnunam".

 

Xatırladaq ki, ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklini sosial şəbəkədə paylaşmışdı. Müğənni fotonun altında qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi “Neyləyək, alınmadı” mahnısını oxuyub: "Məndən nə zamansa İstanbulda konsert versəm, onları dəvət etməyimi istədilər. Bu mahnını uzun illər əvvəl oxumuşam. Amma Türkiyənin üç tanınmış simasının yadında bu mahnının qalmağı məni çox sevindirdi. Mahnının müəllifi Vaqif Gərayzadəyə sonsuz təşəkkürlər”.

 

Qeyd edək ki, Cem Yılmaz "Ali Baba və 7 Cücələr" filminin həm ssenari müəllifi, həm də rejissorudur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Yalçın UĞUR

Oxşar yazılar