İradə İbrahimova doğum gününü qeyd edir
04 aprel 2013 12:04 (UTC +04:00)

İradə İbrahimova doğum gününü qeyd edir

Bu gün Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın  doğum günüdür. Lent. az-ın məlumatına görə, müğənnini ilk olaraq  həyat yoldaşı Ceyhun və azyaşlı qızı İpək təbrik edib.

Müğənni doğum günündə Lent. az-a öz ailəsindən danışıb: “Mənim üçün ailə üzvlərimin, dostlarımın can sağlığı hər şeydən önəmlidir. Ceyhunla bir-birimizə çox dəyər veririk.  Qızım İpək yuxudan oyanan kimi üzümdən öpüb, məni təbrik elədi. Ana üçün bundan gözəl nə ola bilər” – deyən İradə İbrahimova eyni diqqəti pərəstişkarlarından da gördüyünü bildirib:

“Sağ olsunlar. Onlarla yalnız  virtual əlaqə yarada bilirəm. Bakıda və başqa ölkələrdə yaşayan pərəstişkarlarımdan, eləcə də dostlarımdan saysız təbriklər almaqdayam.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823

Oxşar yazılar