İradə İbrahimova bacısından danışdı: “...iki əlli məndən yapışıb”
12 noyabr 2013 10:15 (UTC +04:00)

İradə İbrahimova bacısından danışdı: “...iki əlli məndən yapışıb”

“Heç kim onun haqqında pis kəlmə işlətmir. O, insanları gözəlləşdirməklə yanaşı, qəlbindəki saflıqdan da onlara pay verir”. Lent. az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova yenicə ailə quran bacısı Nigar İbrahimovadan söz açarkən deyib: “Həyatı dərk edən gündən arxamda həmişə bir gücün olduğunu hiss etdim. Nigarın böyük dəstəyi ilə böyüdüm. Səhnədə eşitdiyim ən gurultulu alqışları onunla bölüşdüm. Nigar ilk səhnə addımlarımdan bu yana mənimlə olan, pislərdən yorulanda gücünü mənimlə bölüşən biri olub. Amma varlıykən yoxsulluq da gördük. Həyat həm varlı, həm də kasıb üzünü bizə göstərib. 


Uğurlarımızı zəhmətimizlə qazandıq. Çətin illərimizdə şəraitimizi yaxşılaşdırmağın əsas gücü Nigarın çiyninə düşmüşdü. O, gecəsini-gündüzünə qatıb zəhmətlə evə qazanc gətirməyi özünə borc bilirdi. Nigarın kim olduğunu bir də mənim gözlərimlə görməyə çalışın. O, gündüz çalışır, gecələr səhnədə mənə dəstək olurdu. Nigar qədər təmkinli olmamışam. Məclislərdəki içkili, təkəbbürlü insanları görüb, səhnədən getmək istəmişəm. Nigar dəstək olub, iki əlli məndən yapışıb. Bu gün biz bir-birimiz üçün əsl dayağıq. Bəzən insanlar etmədiyimiz xətaları, qüsurları bizdə axtarmağa çalışır. Amma içlərindəki kini göstərmək, qarşındakının qüsurunu aşkara çıxarmaq demək deyil. Nigar bacıma ürəkdən xoşbəxt ol deyirəm”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Yalçın UĞUR

Oxşar yazılar