İradə İbrahimova Azərbaycanda biznes qurur
10 oktyabr 2013 09:15 (UTC +04:00)

İradə İbrahimova Azərbaycanda biznes qurur

Müğənni İradə İbrahimova gələn ay açılacaq make-up akademiyası ilə bağlı yeni layihə üzərində çalışır. Lent. az-ın məlumatına görə, müğənni vizajist Nigar İbrahimova ilə çoxdan nəzərdə tutulan Kryolan Akademiyasının açılışına hazırlaşır. Noyabrın ilk həftəsinə nəzərdə tutulan mərasimdə İradə xanım akademiyanın siması və yaradıcılarından biri olaraq təqdim ediləcək.

Hazırda Türkiyədə yaşayan sənətçimiz bildirib ki, Kryolanın hər bir çeşidinin reklamında onun siması əks olunacaq. Bu səbəbdən foto çəkilişlər tez-tez yenilənəcək. Açılışa bir sıra ünlülərin, TV və media işçilərinin qatılacağı nəzərdə tutulub. Xüsusi dəvətlilərdən biri də Kryolanın Almaniyada 65 illik sahibi Voltoran olacaq.

Nigar İbrahimova layihə haqqında bunları bildirib: “Hazırda bir çox gənc xanımımız var ki, peşəkar vizajist olmağa can atır, amma xaricə gedib oxumağa imkanları yoxdur. Buna görə də qərara gəldik ki, dünyanın məşhur make-up akademiyasını bura gətirək. Həmçinin bölgələrdəki xanımlar üçün imkan yaradacağıq ki, təhsil alıb, yaşadıqları yerdə tələb olunan stilist kimi fəaliyyət göstərsinlər. 

İşin başında İradə İbrahimova dayanır. Bu,onun Azərbaycanda ilk biznesidir”.

Qeyd edək ki, müğənni ötən gün ailəsi ilə Azərbaycan nümayəndəliyində olub və sənətçimiz seçkilərdə iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3577
avatar

Yalçın UĞUR

Oxşar yazılar