İlhamənin Nazpəriyə görə müraciəti: "Yalan deyir, pulu var"
06 fevral 2015 16:45 (UTC +04:00)

İlhamənin Nazpəriyə görə müraciəti: "Yalan deyir, pulu var"

Xalq artisti İlhamə Quliyeva Ali məhkəmənin qərarını yerinə yetirməyən həmkarı Nazpəri Dostəliyeva ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət ünvanlayıb. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  xalq artisti bildirib ki, Dostəliyeva 25 min manat ödəməmək üçün gizlənir:

 

“İyulun 23-də Ali Məhkəmənin Mülki Kollegiyası  qərar qəbul edib ki,  Nazpəri Dostəliyeva mənə 25 min manat ödəməli və üzr istəməlidir. Qərarın üzərindən 7 ay keçib. Dostəliyeva qaçıb gizlənir, onu tapa bilmirlər, vəkili yalan informasiyalar verir. Bu məbləğ 3 ay ərzində ödənilməli idi. O pul mənə aid deyil. Məbləğ ahıl qocalara, kimsəsiz uşaqlara, Qarabağ müharibəsinin iştirakçılarına veriləcək, onlar məndən bu pulu gözləyirlər.  Mülki Kollegiyanın qərarından sonra Nazpərigil məhkəməyə müraciət ediblər və xahiş ediblər ki, bu məbləğ Dostəliyevanın maaşından hissə-hissə ödənilsin. Məhkəməni uduzdular. Apellyasiya Məhkəməsinə müracət etdilər və yenə də uduzdular. Nazpəri Azərbaycanın qanunlarına riayət etmir, qaçıb gizlənir, evinin yerini dəyişir.  Ağlayır ki, pulum yoxdur. Bu Ali məhkəmənin qanunudur. Heç kim bu qanundan qaça bilməz. Xahiş edirəm ki, dövlətimiz  onun ölkədən çıxışına qadağa qoysunlar.  Bilirəm ki, Nazpərinin belə bir fikri də var, qaçmaq istəyir.  Məhkəməni uduzan adam Azərbaycandan çıxa bilməz. Polis orqanının nümayəndələri Yasamal Rayonunun polisinə  göstəriş veriblər. Yasamal Rayonunun Polis İdarəsində Eldar İbişov adlı şəxs bu işlə məşğul olmalıdır. Lakin o heç bir iş görmür, onun Dostəliyeva tərəfindən nə marağı olduğunu bilmirəm.  

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovdan xahiş edirəm ki, Eldar İbişovun fəaliyyətsizliyinə nəzər salsın və onunla bağlı ölçü götürülsün.

Mənim açıqlamalarıma münasibət bildirən Dostəliyevanın  vəkili  bildirib ki, hansısa sənədi gözləyirlər. Bu işdə gözləməli sənəd qalmayıb. 

Ömründə bu məsələdən imtina edən deyiləm. İstəyir evini, maşınını satsın, pulu ödəsin. Yalan danışır, pulu da, gəlir yeri də var. Elə etməsin ki, gəlib Nazpərinin qolunu qandallayıb aparsınlar. Məsələni bir az da uzatsa, onu həbs gözləyir.  Dilinin bəlasına düşən bədbəxt üzr istəməlidir. 

Dövlətimizə, hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, bu məsələ barədə ölçü götürsünlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar