Bu gün Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib. Bu barədə Lent. az-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın iddia ərizəsi qanuni olduğu üçün iş məhkəmə baxışına təyin edilib. Məhkəmənin növbəti iclası iyunun 10-da, saat 11-də olacaq.
Qeyd edək ki, sənətkar qarşı tərəfin ona maddi ziyana görə 200 000, mənəvi ziyana görə 500 000 manat ödəməsi üçün iddia qaldırıb.