İlhamə Qasımova “Səni sevirəm” demək üçün 3 il gözləyib - <span style="color:red;">VİDEO
29 mart 2014 20:43 (UTC +04:00)

İlhamə Qasımova “Səni sevirəm” demək üçün 3 il gözləyib - VİDEO

Müğənni İlhamə Qasımova yaradıcılıq işini təqdim edib. Lent.az-ın məlumatına görə,

İlhamə sözləri və musiqisi bəstəkar-aparıcı Murad Arifə məxsus olan “Seni seviyorum” adlı mahnını lentə aldırıb.

 

Bununla bağlı M.Arif Lent.az-a danışıb: “Nəhayət yeni mahnımın tam versiyasını dinləyicilərə təqdim etdik.  Amma sizə deyim ki, bu günə qədər heç bir mahnımı bəstələməyə bu qədər vaxt getməmişdi. Bu bəstəni üç ilə hazırladım. Lirik versiyada olan mahnı Türkiyə türkcəsindədir. İlhamə Qasımova isə öz ifası ilə bu mahnıya rəng qatıb. Məncə yaxşı alınıb. Qulaq asmağa dəyər”.

 

M.Arif bəstəsinin niyə məhz Türkiyə türkcəsində olduğunu da belə açıqlayıb: “Bildiyiniz kimi mən  məşhur Türkiyə şirkəti ilə əməkdaşlığa başlamışam. Məhz həmin “GNL” şirkəti məndən yen bəstələr tələb edir. Məndə “Səni sevirəm”i həmin şirkət üçün yazmışdım. Lakin çox düşündükdən sonra qərara gəldim ki, bu mahnını İlhaməyə təqdim edim. O,

oxusun. Mahnı dörd dəfə Almaniya, Moskva və nəhayət, öz aranjemançımız Yaşar Baxış

tərəfindən aranjeman olundu. Ən sonda Yaşar Baxış istədiyimiz nəticəni verdi”.

 

 

 

 

 

# 1884
avatar

Yalçın UĞUR

Oxşar yazılar