Efirlərdə görünməyən əməkdar artist Məhəbbət Kazımov ürək ağrılarından əziyyət çəkir. Lent. az-ın məlumatına görə, müğənni bu barədə “Atv-Maqazin” verilişində danışıb.
Səhhətində problemləri olan əməkdar artist bir müddət bundan öncə müalicə üçün İrana getdiyini də söyləyib: “Ürəyimdə iki damar üst-üstə düşüb, fəsadlar verir. Əgər müalicə nəticə verməsə, əməliyyat olunacam. Ayaqlarımda da ağrılar var. İlahi imkan verməsə, elə 58 yaş da bəsdir. Həkimlər mənə 3 ay vaxt qoyub”.