Müğənni Xatun Əliyeva şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı deyib ki, məktəb vaxtlarından ona elçi düşənlər olub: “Nəslimizdə bir çox qohumlarımız deyirdi ki, Aydının balaca qızı qəşəngdir. Ağ, toppuş qızdı. Oğlumuza alaq. 11-ci sinifdə oxuyanda bir sinif yoldaşım dedi ki, ona elçi gəliblər. Mən də həvəsə düşmüşdüm. Deyirdim, bəs mənə niyə elçi gəlmirlər? Fikir eləyirdim ki, evdə qalmışam. 11-ci sinfə keçəndə elə istəyirdim ki, mənə elçi gəlsinlər. Həmin vaxt 17 yaşım var idi. Elə ona görə də mənə 18 yaşımda elçi gəldilər, 19 yaşım olanda da oğlum var idi. Təxminən 3-4 ay da nişanlı qaldım”.