Türkiyənin tanınmış müğənnilərindən Halil Sezai aprelin 27-də Bakıda ticarət məkanlarının birində konsert proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, paytaxtımızda konsert verəcəyinin məmnunluğunu dilə gətirən müğənni ən sevilən mahnılarını ifa edib. Aparıcılığını Günel Hümbətova və Ramin İbrahimovun etdiyi konsertdə səhnəyə daha sonra gənc müğənni Mila da çıxıb. Müğənni Miladan ilə yanaşı, konsertə xüsusi qonaq kimi dəvət olunan aşıq Səbuhi Hamletoğlu çıxış edib. O da ğz növbəsində türkiyəli müğənnin ən məşhur “İsyan” adlı mahnısını saz alətində sintez ederək, gecəyə rəng qatıb.
Qeyd edək ki, konsertdə xalq artisti Aygün Kazımovada dinləyici kimi qatılıb.