Müğənni Günay İbrahimli yeni klipinin təqdimatını keçirib. Bu məlumatı Lent. az-a açıqlamasında müğənnin prodüseri Təranə Səmədova deyib: “Bu gün Günayın ifa etdiyi, sözləri Nuriyyə Əhmədova, musiqisi Ceyhun Əliyevə məxsus olan, “Özüm də sənsən” mahnısına çəkilmiş klipinin təqdimatını keçirdik. Bu mərasimi o biri təqdimatlarımızdan fərqlənirdi. Çünki hər zaman media mənsubları ilə bir araya gəlirdik və işimizi təqdim edirdik. Bu dəfə isə klip təqdimatını telekanalların birinin canlı yayımında keçirdik.” - deyə prodüser əlavə edib.
Qeyd edək ki, klipin rejissoru Nail Naiboğludur.