Əməkdar artist Gülyaz Məmmədova Şabrana həsr olunmuş “Şabran” klipini təqdim edib. Lent.az-ın məlumatına görə, klip rayonun ən qədim məkanlarında çəkilib. Rejissoru Pənah Eldaroğludur.
Müğənni klipin ərsəyə gəlməsindən Lent.az-a danışıb. O, bildirib ki, ekran işinin çəkilişlərinə 3-4 ay öncə başlayıblar: “Nəhayət, klipi ərsəyə gətirə bildik. Mənim arzum idi ki, Azərbaycanın gözəl guşələrinə mahnılar həsr edim. Bu gün klipin təqdimatına bir çox media nümayəndələri də gəldi. Onlara təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, G.Məmmədovanın klip təqdimatında bəstəkar Tahir Əkbər, müğənni Roza Zərgərli, Aysel Əlizadə və bəstəkar-müğənni Arif Səlimov da iştirak edirdi.
Qeyd edək ki, mahnının sözləri Novruz Novruzun, musiqisi Tahir Əkbərindir.