Əməkdar artist Gülyanaq Məmmədova Türkiyənin “TRT Haber” kanalında yayımlanan “Haber tadında” proqramında qonaq olub. Lent. az-ın məlumatına görə, ifaçı proqram zamanı canlı ifaları ilə türk tamaşaçısının alqışlarını qazanıb. Bundan əlavə, G. Məmmədova 20 dəqiqə davam edən proqram zamanı İnci Ertuğrulun suallarını da cavablandıraraq, Azərbaycan musiqisinin zəngin olduğunu əlavə edib.
Xatırladaq ki, müğənni proqramda 2 muğam, 1 türkü oxuyub.
Azərbaycan sənətçisinin “TRT Haber” kanalında qonaq olması, Türk həmkarlarımızın da diqqətini çəkib. G. Məmmədovanın proqramdakı çıxışından yazı dərc ediblər.