Gülnarə Xəlilova podiuma çıxdı - VİDEO
17 sentyabr 2015 12:46 (UTC +04:00)

Gülnarə Xəlilova podiuma çıxdı - VİDEO

Tanınmış modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova model qismində “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalında podiuma çıxıb. Bu barədə Lent.az-a modelyerin özü məlumat verib. O bildirib ki, məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının defilesində iştirak edib: “Podiuma çıxmağım tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov defiledən sonra mənə dedi ki, sən əsl aktrisasan. Onun bu sözləri mənim çox xoşuma gəldi”.

Xatırladaq ki, G. Xəlilovanın “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb. O, bu mükafata ardıcıl iki ildir layiq görülür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar