“Malmö Arena”nın mətbuat mərkəzində jurnalistlər və fanatlar arasında səsvermə sona çatıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi səsverməni birinci yerdə başa vurub.
Fərid Məmmədov 617 səslə lider olub. 610 səslə Norveç ikinci, 543 səslə isə San Marino üçüncü yerdə qərarlaşıb.
Səsvermə “Eurovision-2013” mahnı müsabiqəsinin Təşkilat Komitəsi və Avropa Yayımları Birliyi (EBU) tərəfindən təşkil edilib və jurnalistlər, fanatlar, habelə müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Fanatlar və jurnalistlər Fəridə səs verdilər
1480