Xalq artisti Faiq Ağayev yeni işlərindən danışıb. Lent. az-a açıqlama verən müğənni yaradıcılığından söz açıb: “Bu yaxınlarda söz və musiqisi bəstəkar – müğənni Rəhim Rəhimliyə məxsus olan “Zəhər” adlı mahnı ifa etdim. Rəhim Rəhimlinin verilişində, özü də canlı... Düşünürəm ki, fərqli bir mahnı ərsəyə gəlib.” - deyə xalq artisti bildirib.