Emma Ələkbərzadə yazarları təhqir etdi: <span style="color:red;">"Bunlar xəstədir"  - <span style="color:red;">YENİLƏNİB
22 oktyabr 2014 15:17 (UTC +04:00)

Emma Ələkbərzadə yazarları təhqir etdi: "Bunlar xəstədir" - YENİLƏNİB

Müğənni Emma Ələkbərzadənin sosial şəbəkədə yazarlar haqqında işlətdiyi aşağılayıcı ifadələrə tanınmış qələm sahibləri Mirmehdi Ağaoğlu, Şərif Ağayar və Ağa Cəfərli münasibət bildirib:

 

 

“Biz bu aksiyaya start verəndə Emma Ələkbərzadə kimi görkəmli mədəniyyət xadiminin bu qədər kəskin reaksiya verəcəyini gözləmirdik. Onun yüksək etika, dərin zəka və çevik təfəkkürlə yazdığı açıqlamanı oxuyanda xeyli mütəəssir olduq. İnanın, bilsək bəlkə də bu aksiyaya başlamazdıq. Nədən ki, böyük müğənnimiz narahat olmasın və qızıldan qiymətli vaxtını belə faydasız işlərə həsr etməsin. Hələ, onun əsəbiləşməsini, həyəcanlanaraq səhhətini riskə atmasını demirik... Dəyərli ifaçımızı əmin edirik ki, xəstəliyimizlə bağlı tezliklə həkimə müraciət edəcəyik. Çoxlu toylar arzusuyla, görüşənədək.”

 

 

 

*****

 

14:29

 

Müğənni Emma Ələkbərzadə qəzəblənib. Lent.az-ın məlumatına görə, ifaçı yazarların başlatdığı “Toylara yox deyək” aksiyasını anlamadığını deyib və fikirlərini “facebook”da bölüşüb: “Bu nə mənasız aksiyadır Azərbaycanda başlayıb? “Azərbaycanda toylara yox deyək”... Hansısa məntiqsiz məqaləyə görə aləm bir-birinə dəyib. Bunların başı çatır? “Norveçdə, başqa yerlərdə toy olmur” ifadəsi məni güldürdü. Oyanın, ay “balam”. Belə gülünc, məntiqsiz məqalə yazmaqla özünüzü alçaltmayın. Kimsə kreditə pul götürüb bahalı yerdə toy edir və müflis olur. Borc götürməsin, özünə münasib yerdə toy etsin. Bir şeylə razıyam. Bəli, toyda masalar yeməklərdən “partlayır”. Mənə elə gəlir ki, həqiqətən də, menyunu azaltmaq lazımdır. Amma toylara yox demək... Vallah bunlar xəstədir”.

 

 

 

 

# 1472
avatar

Oxşar yazılar