<b>Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı</b>
09 aprel 2016 10:50 (UTC +04:00)

Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı

 

 

Əməkdar artist Lalə Məmmədova cəbhə bölgələrində əsgərlərə konsert verən həmkarlarını qınayıb.

 

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə status yazaraq, həmkarlarına əsəbiləşdiyini bildirib: “Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və etdiyiniz şadyanalığınızı seyr edirəm... Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğurumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır!”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar