Əməkdar artist Elza Seyidcahanının yenicə ailə quran qızı Gülşən həyat yoldaşı Elxanla Dubaya bal ayına yollanıb. Lent.az-ın məlumatına görə, orada bir neçə gün qalacaq əməkdar artistin qızı həyat yoldaşı ilə fotolar çəkdirib.
Qeyd edək ki, E.Seyidcahanının qızı avqustun 24-də fotoqraf Elxan Əlisatovla ailə qurub.