Hazırda paytaxt məkanlarının birində əməkdar artist Elza Seyidcahan qızı Gülşənə toy edir. Lent.az-ın məumatına görə, ifaçının qızı fotoqraf Elxan Əlisatov adlı bəylə nikah masasına əyləşib. Bəylə gəlin məclis keçirilən məkana xüsusi bəzədilmiş avtomobillə gəlib. Cütlük zala daxil olmadan öncə restoranın həyətində nikah mərasimi qeyd edilib. Daha sonra alqışlar və vağzalı sədası ilə zala daxil olan səbəbkarları E.Seyidcahan salamlayıb: “Bu gün mənim üçün çox əlamətdar bir gündür. Gözümün nuru qızım bu gün başqa bir ocağa gəlin köçür. Bu da bir valideyin kimi məni çox sevindirir. Allah hər bir valideyinə bu günü qismət etsin”.
Onu da əlavə edək ki, gecəyə şou-biznesin bir çox tanınmış simaları müğənnilərdən Nadir Qafarzadə, Nazənin, Roza Zərgərli, Gülay Zeynallı, Niyam Salami, Elnarə Abdullayeva, Günay İbrahimli, Sevda Yahyayeva, Aşıq Zülfiyyə, aktyor Fərda Xudaverdiyev, aktrisa Vəfa Zeynalova, aparıcı Vüsalə Əlizadə, prodüser Təranə Səmədova və başqaları qatılıb. Toyun aparıcı müğənnisi isə Zamiq Hüseynovdur.