Bir neçə gün öncə “İlin şairəsi” adına layiq görülən əməkdar artist Elza Seyidcahan danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, ona təqdim olunan “İlin şairəsi” adı media qurumları arasında keçirilən sorğu nəticəsində bəlli olub: “Mən bu sənətə bəstəkar kimi gəlmişəm. Əsərlərimi Azərbaycanın bir çox tanınmış müğənniləri öz repertuarına daxil ediblər. Daha sonra müğənni kimi fəaliyyətə başladım və sevildim. Son zamanlar isə şairə kimi də tanınıram. Məni tanıyanlar bilir ki, illərdir ki, şeir yazıram. Amma bu istedadımı son illərdə üzə çıxardım. İndi bir çoxları mənim şeirlərimi öz adlarına çıxarıb. Şairəlik mənim arzum deyil, sadəcə Allahın verdiyi bir istedaddır ki, bunu da insanlarla bölüşürəm. Yazdığım bir şeirə tanınmış müğənni Elton Hüseynəliyev mahnı da oxuyub. Hələ bir neçəsini də digər həmkarlarım oxuyacaq. Fəlsəfi fikirlərim var. Şeirlərimi hər kəs anlaya bilməz. Yazdığım şeirləri hər kəs öz dünya görüşünə görə qiymətləndirir. Buna görə də həmin insanların mənim şeirlərimə lağ etmələri məni maraqlandırmır. Mən, “İlin şairəsi”yəm”.

Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58