Əməkdar artist Elza Seyidcahan həmkarı Azəri Günellə olan qalmaqaldan söz açıb. Lent. az-a açıqlama verən müğənni bildirib ki, onu bilərəkdən üstümə qaldırırlar : “Ona müəllimlik etmişəm. Ancaq mənim kimi müdrik sənətkar barədə nəsə deməsini anlamıram. Xatırlayıram ki, Günelin atası onu 1993-cü ildə konservatoriyaya, dərslərimə gətirirdi. İndi onunla mənim adımı qalmaqalda hallandırırlar. Deyirəm ki, o, uşaqdır. Sözlərinin üstündən keçmək lazımdır. İstəmirəm ki, bəziləri məndən istifadə edib, özlərinə reytinq qazansınlar.” - deyə müğənni əlavə edib.
Elza Seyidcahan: “Azəri Günel uşaqdır ... mənim tələbəmdir”
2081