“Mən çox sevinirəm ki, bir çox müğənnilər özlərini mənə bənzədir”. Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan deyib. İfaçı Azərbaycanda qeyr-adi obrazın yalnız ona məxsus olduğunu bildirib: “Etdiyim layihələr, oxuduğum mahnılarla yanaşı, geyimlərim də qeyri-adidir. Deyə bilərəm ki, mənim bənzərim yoxdur. Amma mənə özlərini bənzətmək istəyənlər çoxdur. Burada isə pis heç bir şey görmürəm. Pis odur ki, kimdən bəhrələndiklərini söyləmirlər. Elin gözüsə tərəzidir, qeyri-adi obrazları daim mən etmişəm”.
Müğənninin yeni şəkillərini təqdim edirik.