Dünya şöhrətli müğənni Elton Con karyerasını sona çatdırmaq niyyətindədir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı ifaçı 50 illik sənətini xəstəliyi səbəbi ilə tamamlamaq istəyir.
Bildirilir ki, ötən il Con 2 gün terapiya şöbəsində qalmaqla ümumi 12 gün xəstəxanada qalıb.
Buna səbəb isə Cənubi Afrikaya etdiyi səfər zamanı “zərərli və qeyri-adi” bakterioloji xəstəliyə yoluxması olub.
Məlumata əsasən, musiqiçi yaxın vaxtlarda öz qərarını rəsmən açıqlayacaq.