Müğənni Elnur Məmmədov sözləri şairə Leyliyə, musiqisi bəstəkar Emil Şahinə məxsus “Yaralı ürək” mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, bu barədə mahnının bəstəkarı E.Şahin məlumat verib: "Bu mahnı 2009-cu ildə yazılsa da Elnur bu yaxınlarda səsyazma studiyasında lentə aldırdı. Əminəm ki, "Söylə neyləsin ürək", "Sel olub, yağmur tək" mahnılarımızdan sonra bu əsər də Elnurun repertuarında özünəməxsus yer tutacaq. Aranjeman prosesindən tutmuş ifaya qədər olan bütün incəliklərə özüm nəzarət etmişəm. İndi hər mahnı yazan öz musiqisini tərifləyir. Amma mənim bütün əsərimin dinləyiciyə təqdim olunanda ajiotaja, olaya səbəb olur”.
E.Məmmədovun ifasında “Yaralı ürək” adlı bəstəni təqdim edirik