Martın 26-27-də Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan əməkdar artist Elnarə Abdullayevadan xəbər var. Lent.az-a açıqlama verən xanəndə bildirib ki, konsertin vaxtı daha bir gün uzadılıb: “Konserti bir gün, martın 26-na nəzərdə tutmuşduq. Amma çoxsaylı insanların istəyini alaraq, bir neçə gün öncə qərar verdim ki, konsertin vaxtı daha bir gün uzadılsın. Amma gördüm ki, konsertə tələbat hələ də var, martın 26-sı və 27-nə bütün yerlər dolub. Bilet üçün bizə müraciət edənlər hələ də var. Ona görə də bu gün yaradıcı heyətlə belə qərar verdik ki, konsertin müddəti daha bir gün də artırılsın. Yəni martın 28-də də konsert olacaq. Biletləri Heydər Əliyev sarayından əldə etmək olar”.
Xatırladaq ki, konsertə biletlərin qiyməti 20 - 80 manat arasındadır.
Qeyd edək ki, E. Abdullayeva ötən il Heydər Əliyev sarayında verəcəyi konsert öncəsi də eyni addımı atmışdı.