Martın 26-da Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan əməkdar artist Elnarə Abdullayevadan xəbər var. Lent.az-a açıqlama verən xanəndə bildirib ki, yaradıcı heyətlə konsertin 1 deyil, 2 gün olması qərarına gəlib. “Martın 26-da keçiriləcək konsertimə bütün biletlər satılıb. Konsertə gəlmək istəyənlər çox olsa da, artıq yer yoxdur. Bütün bu müraciətləri nəzərə alıb, konsertin vaxtını daha bir gün uzatdıq. İnşallah konsert martın 26-27-ə olacaq”.
E. Abdullayeva ötən il Heydər Əliyev sarayında verəcəyi konsert öncəsi də eyni addımı atmışdı.
Qeyd edək ki, konsertə biletlərin qiyməti 20 - 80 manat arasındadır.