Bu gün “Evrovision” təmsilçilərimiz Eldar Qasımov və Fərid Məmmədov Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edəcəklər. Lent.az-ın məlumatına görə, konsert Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə “Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat” layihəsi əsasında gerçəkləşəcək.
Qeyd edək ki, tədbirin açılışında gənclər və idman naziri Azad Rəhimov və Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.