“Əhməd Şahidovu Gülər Əhmədovanın yanında işləyəndən tanıyıram”. Bunu Lent.az-a stilist Samiraldo (Samir Əliyev) deyib. “Roman barədə təklif ondan gəldi. Mənə dedi ki, Samir, sənin həyatından bir kitab yazsam, necə olar? Mən də dedim ki, həyatımı araşdır, yaz. Əhməd də elə faktlar ortalığa çıxartdı ki, dəhşətə gəldim. Demək, o, uşaq evinə gedib, 25 il əvvəlin şəklin tapıb, haqqımda çox faktları üzə çıxardıb. Artıq “Samir” adlı kitab çap olunub. Kitabın təqdimatı iyunun 17-də ad günümdə, BMM-də olacaq”.
****
12.20
Stilist Samraldo haqda kitab yazılıb. Lent.az-ın məlumatına görə, bu barədə xəbəri “Qafqazinfo”ya Samiraldo özü verib: “Mənim həyatım haqqında bizim çox dəyərli bir yazarımız, gənc alim Əhməd Şahidov roman yazıb. İyun ayının 17-nə qədər roman kitab şəklində ictimaiyyətə təqdim olunacaq. Ümid edirəm ki, “Samir” adlı bu kitab insanlar tərəfindən seviləcək”.