Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin səhhətində problem yaranıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış sənətçi çərşənbə günü şiddətli qarın ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinələrdən keçən müğənniyə apendisit diaqnozu qoyulub.
Qeyd edək ki, E.Gündeşin şənbə günü Kiprdə verəcəyi konserti də təxirə düşüb.