Həyat yoldaşı Rza Zərrabın Mayamidə həbs olunmasından sonra qızı ilə birgə İstanbula qayıdan müğənni Ebru Gündeşə həmkarlarından yalnız İbrahim Tatlısəs dəstək olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hər zaman Rzaya “oğlum” deyən İ.Tatlısəs E.Gündəşə zəng edərək, bildirib ki, hər zaman onlara dəstəkdir.
Qeyd edək ki, E.Gündeş gecəni Kanlıcadakı sahil evində keçirib.