Türkiyənin tanınmış müğənnisi Demet Akalın “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynova növbəti dəfə dəstək olub. Lent.az-ın məlumatına görə, tanınmış müğənni müsabiqənin final gecəsi zamanı sosial şəbəkədəki səhifəsində hər kəsi Elnura dəstək olmağa çağırıb: “Elnura sms göndərin, Elnur qalib gəlsə, studiyaya pijamada getməyən nə olsun?" İfaçının bu jestindən sonra ona sosial şəbəkədə minnətdarlıq bildirənlərin ardı-arası kəsilməyib. Müsabiqə başa çatar-çatmaz Demet Akalın özünü studiyaya çatdırıb və Elnurla birgə fotosunu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, D.Akalın müsabiqənin yarımfinalında da eyni addımı atmışdı.