Müğənni Elnur Hüseynovun “O ses Türkiyə” yarışmasındakı çıxışı Türkiyənin tanınmış müğənnisi Demet Akalının da xoşuna gəlib. Lent.az-ın məlumatına görə, türkiyəli məşhur öz “İnstagram” səhifəsində həmyerlimizin fotosunu paylaşaraq, sevənlərindən ona səs (sms) göndərmələrini rica edib. D. Akalının bu addımı sosial şəbəkədə maraqla qarşılanıb.
Qeyd edək ki, E.Hüseynov "Exogenesis" simfoniyasından bir parça ifa edərək, sonda tamaşaçı və münsiflər heyyətinin səsverməsi nəticəsində yarımfinala vəsiqə qazanıb.