Cehizinə 21 min manat xərcləyən məşhur kimdi? - REPORTAJ
30 oktyabr 2013 11:31 (UTC +04:00)

Cehizinə 21 min manat xərcləyən məşhur kimdi? - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

 

Lent.az-ın “Bazarlıq” ında müğənni İradə İbrahimovanın bacısı, tanınmış stilist Nigar İbrahimovadır. Sabah toyudur, xeyirli olsun...

 

 

Uzun qaçdı-qovdudan sonra nəhayət, onunla görüşümüz baş tutur. Toy qabağı işlərinin çox olması görüşümüzü yubadırdı. Amma ötən şənbə Nigar xanım zəng edir, bizimlə görüşə biləcəyini deryir, yollanırıq çalışdığı gözəllik salonuna, iş başındadır, gəlin bəzəyir. Elə gəlini bəzəyə-bəzəyə bizimlə söhbətə başlayır:

 

 

- Hə, xoş gəldiniz, Yalçın, indi özün görürsən ki, bir dəqiqə də boş vaxtım yoxdur, bütün günü məşğulam, üstəlik toy qabağı qaçaqaçdayam. Sözün düzü, bu gün telekanalların birində qonaq olmalı idim, amma gedə bilmədim. Yəni, şanslı adamsınız ki, sizə vaxt tapdım. Amma doğrusu bu işdə inadkarlığını da qeyd edərdim. Məni yoldan çıxarıb razı saldın (gülür). Foyedə gözləyin, əlimdəki işi yekunlaşdırım, gedək toy bazarlığına.

 

 

Təxminən 10 dəqiqədən sonra onunla yollanırıq-alış veriş edəcəyimiz yerə-toy bazarlığına. Qeyd edək ki, bu gün  layihəmiz bir qədər fərqlidi. Bu dəfə  yeyinti və məişət məhsulları satılan yerə baş çəkməyəcəyik, bu gün Nigar xanım özünə gəlinlik,  bir sözlə cer-cehiz alacaq.

 

İlk dəfədir ki, tanınmış sima ilə- bu cür alış- verişə çıxırıq, yəni toy bazarlığına...

 

Nigar xanım:

 

 

- Hmm, nə gözəl, uzun illərdir ki, evə bazarlıq eləmirəm. Bu işi şoferimizin öhdəsinə buraxmışıq. Çox nadir hallarda olub ki, marketdən nəsə almışam. Söhbət ərzaqdan gedir ha, özümə geyim almaq üçün alış-verişə tez-tez gedirəm. Nəsə, deyəsən, söhbəti çox uzatdım, vaxtımız da azdı, burdan restorana getməliyəm, dəvətnamələrin hələ yarısı yazılmayıb. Gəlin, ilk olaraq gedək kosmetika dükanına.

 

 

Kosmetika satılan dükana çatanda Nigar xanım maşından iki böyük səbət götürür. Satıcı gəlişimizin məqsədini biləndə çəkilişə məmnuniyyətlə razılıq verir.  

 

 

Gülə-gülə deyirəm:

 

- Maşallah, əcəb  yekə səbətlərdi, indi onların içini doldurmaq lazımdı...

 

 

- İşim kosmetika ilə bağlıdır, ona görə, mənə nə lazım olduğunu bilirəm. Artıq xeyli vaxtdır ki, kosmetikadan istifadə eləmirəm. O ki, qaldı xonçalıq səbətimə, məncə elə də böyük deyil, elə onun yarısını sevdiyim ətirlər tutacaq.

 

 

 - Məhsul aldığınız zaman onun brend olub-olmadığına diqqət edirsinizmi?

 

- Bəli, sınaqdan keçmiş və keyfiyyətli vasitələrdən istifadə edirəm. Keyfiyyətsiz məhsul brend ola bilməz. Danışa-danışa lazım olan kosmetik vasitələri seçdim. Həmişə vurduğum 5-6 ətri ( dözmür, birini açıb vurur)... Bax bu iyi çox xoşlayıram. Bir az şirin iyi var. Çox təəssüf ki, şəkildə ətrin iyi düşmür. Yoxsa, fotoqrafa deyərdim çəkərdi, hamı görərdi (gülür).

 

 

Üz üçün bir neçə krem də seçir, satıcı malları hesabladıqca Nigar xanım da pul kisəsinin açır...

 

 

 

- Sizcə nə qədər pul xərclədiniz?

 

 

- Bilirəm ki, az olmayacaq. Satıcıdan eşidəcəyiniz məbləğdən şoka düşməyin. Amma çox olacaq təxminən, 8-9 yüz manat.

 

 

Təxminən, dediyi məbləğ - 787 manat.

 

 

Pulu ödəyib, digər alış-veriş məkanına yola düşürük. Maşında bir neçə sualıma cavablandırır.

 

 

-  Yemək bişirə bilirsən?

 

- Vaxtım olur ki, nəsə bişirim? Amma vaxtım olsa, böyük məmnuniyyətlə sevdiyim yeməkləri hazırlayaram. Niyə də yox?!

 

 

- Sevdiyiniz yemək nədir?

 

 

- Azərbaycan yeməklərinin şahı - plov

 

 

- Sevmədiyiniz?

 

 

- O qara, balaca dolmanın adı nədir? Hə, tapdım, tənək dolması, demək olar ki, o yeməyi qəti sevmirəm.

 

 

 

- İndi nə almağa gedirik?

 

 

 - Yorğan-döşək, qab-qacaq...

 

 

Yorğan-döşək dükanındayıq...

 

 

- Yalçın, nəsə lazım olanda bura gəlirəm. Hər bir bölməsi var.

 

 

- Bu 2 yorğan üzünü, 1 ədəd yataq dəstini götürəcəm. Görüm, ayrı nə götürürəm...

 

 

Satıcı da malları seçməkdə ona kömək edir:

 

 

- Nigar xanım, başqa nəsə istəyirsinizsə, kömək edə bilərəm?!

 

 

- Hələ baxım görüm, gözümü nə oxşayır, sonra seçim, bu kilimi istəyirəm. Bundan başqa qab-qacaq bölməsindən 1-2 şeylər alacam.

 

 

2 ədəd yorğan, döşək üzü, 1 ədəd kilim, 2 ədəd divan dəsti alır. Daha sonra keçir qab-qacaq bölməsinə. Buradan çaydan, çaynik, qazan dəsti alır.

Hesab: 1753 manat. Nigar xanım bu dəfə ödənişi nağd pulla yox, ödəmə kartı ilə edir.

 

 

 

- Qaldı əsas məsələ, gəlinlik. Gedək, gəlinliyi seçməyə, amma indi yox, qalsın iki gün sonraya.

 

Dediyi kimi də edirik, 2 gün sonra,  saat 21:00-da gəlinlik satılan dükanın qarşısında görüşürük.

 

 

- Bir daha salam Yalçın, bu gün bazarlığı yekunlaşdıracağıq, gəlinliyin formasını öncədən söyləmişəm ki, hazırlasınlar. Bundan əlavə, bu gün qızılları da buradan alacam.

 

 

Satıcı bizi salamlayır, gedir gəlinliyi gətirməyə. Satıcı gəlinliyi gətirənə qədər Nigar xanım fatasını seçir. Satıcı gəlinliyi gətirir və Nigar xanım onu geyinmək istəmədiyini söyləyir:

 

 

- Yox. İndi geyinmək istəmirəm, toy günü geyinəcəm. Bütün ölçüləri öncədən söylədiyimə görə, bilirəm ki, əynimə olacaq.  

 

 

- Satıcı gəlinliyi səbətə yığdıqdan sonra zinət əşyasına baxır.

 

 

- Bu, mənim komplekt dəstimdir, çoxdan seçmişəm, qiymətini indi söyləməyəcəm, satıcı çeki verəndə görəcəksiniz.

 

 

 

Gəlinliyini və zinət əşyasını seçdikdən sonra alış - verişimizi yekunlaşdırırıq.

 

 

Satıcı hesabı deyir: gəlinlik 5, komplekt zinət əşyası 14 min manat.

 

 

Nigar xanım sonda bunları deyir:

 

 

- Çox sağ olun ki, bu xoş günümdə vaxtınızı bizə ayırdınız. Əslində, buna siz təşəbbüs etdiniz. Amma indi düşünürəm ki, nə yaxşı ki, razılıq vermişəm. Çünki bu da bir xatirədir. Allah bütün subaylara toy nəsib eləsin.

 

 

Nigar İbrahimova kosmetikaya 787, yorğan-döşəyə 1753, gəlinlik və qızıla 19 min  manat ödədi, cəmi: 21.540.

 

Xeyirli olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7083
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47