Çakır bir illik həyat yoldaşından boşanır
21 may 2013 10:46 (UTC +04:00)

Çakır bir illik həyat yoldaşından boşanır

Türkiyəli məşhur aktyor Oqtay Kaynarca (“Kurtlar Vadisi”nin Çakırı) ötən il evləndiyi həyat yoldaşı Mələk Anqundan boşanmaq üçün məhkəməyə müraciət edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kaynarca evliliklərinin bitməsinə səbəb kimi həyat yoldaşının qısqanclığını göstərib. O, məhkəməyə müraciətində bunları yazıb: “Aramızdakı anlaşmazlıqlar evlənəndən bir neçə ay sonra başlayıb. Mütəmadi olaraq, qısqanclıqdan məni çıxılmaz vəziyyətlərə salıb. Mən teatr, televiziya və seriallarda rola çəkilən aktyoram. Sənət dünyasında və xalq arasında tanındığım üçün mətbuatda hörmət sahibiyəm. Evlənəndən sonra Mələklə aramızda bir çox məsələdə fikir ayrılığı başladı, mənə və ətrafımdakı insanlara inanmır. Hətta dostlarımın, ailə üzvlərimin bərabər yaşadığımız evə belə gəlmələrinə razı olmadı. Artıq iki aydır, ayrı yaşayırıq. Mələk evliliyimizin davam etməsi üçün mənim ailə üzvlərimlə əlaqəmi tam kəsməyimi istədi, buna razı olmadım”.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü aktyor keçən ilin iyununda reklam meneceri olan Mələk Anqunla evlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942
avatar

Oxşar yazılar