Bu da Tatlısəsin qızı
11 aprel 2013 13:16 (UTC +04:00)

Bu da Tatlısəsin qızı

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs və xanımı Ayşegül Yıldızın  aprelin 9-da Maslak Acıbadem Xəstəxanasında dünyaya gələn qızları Elif Adadan yeni xəbər var.  

 

Lent. az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında İbrahim Tatlısəs və Ayşegül Yıldız körpə qızlarını xəstəxanadan evlərinə aparıblar.

 

 

Müğənni 3 gün xəstəxanada qalan həyat yoldaşını bir an belə yalqız qoymayıb. Xəstəxanada geniş təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, jurnalistlər xəstəxana yaxınlığında tıxaca düşən avtomobildəki Elif Adanı valideynləri ilə görüntüləyə biliblər.

# 2375
avatar

Oxşar yazılar