Elza Seyidcahan: <span style="color:red;">"Allahla mesajlaşıram "  - MƏKTUB
09 dekabr 2014 14:05 (UTC +04:00)

Elza Seyidcahan: "Allahla mesajlaşıram " - MƏKTUB

Əməkdar artist Elza Seyidcahan Allaha yazdığı məktubu dənizə atmaq fikrindən daşınıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, daha Allaha məktub yazmır:  “Neçə il idi ki, Allaha məktub yazırdım. Allaha sonuncu məktubum 2007-ci ildə olub. O vaxtdan bəri yazmıram. Çünki yazacaqlarım bitdi.  Allaha yazdığım məktubların sayı-hesabı yoxdur. İndi hər gün ruhum vasitəsilə Allahla mesajlaşıram. Ruhumla Allah arasında bir kontakt var. Onlar bir-birinə qaynaq olub. İçimdə nə olursa, bir baş ona (Allahı nəzərdə tutur) ötürülür. Məni hər şeydən xəbərdar edir. Birdən özümdə nə isə hiss edirəm, bədənimə vəsvəsə gəlir, tüklərim biz-biz olur”.

 

E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür: “Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, “Nə olsun, bəlkə də onun içində bir aləm var?”. O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, “Hə, sən düz tutdun”. Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, “Hə, bax sən məni anladın”. Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, “yox atmayacam”. Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktubları indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihədə həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07