Külli miqdarda brilyant qaşlar aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.