İş adamı müğənniyə 100 min dollar yardım edib, İstanbulda ev alıb
Türkiyənin populyar estrada müğənnisi Bengünün 5 ildir ki, birlikdə olduğu sevgilisi Akın Altandan ayrılmasının səbəbi məlum olub. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ayrılığa səbəb Bengünün azərbaycanlı bir iş adamı ilə sevgi münasibətləri yaşamağa başlamasıdır.
Bengü həmin azərbaycanlı iş adamı ilə “Anlatacaklarım Var” adlı yeni albomunun hazırlığı dönəmində tanış olub. İş adamı albom hazırlamaq üçün Bengüyə 100 min dollar yardım edib. Müğənni ilə sevgi münasibətləri başlayandan sonra isə iş adamı İstanbulun Sarıyer rayonunda ona bir ev hədiyyə edib.
Qeyd edək ki, Bengü Akın Altanla münasibətlərinə son qoyması ilə bağlı martın 11-də yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Akın Altanla 5 il davam edən münasibətlərinə qarşılıqlı hörmət və sevgi çərçivəsində son qoymağa qərar veriblər.
Xatırladaq ki, Bengü 19 fevral 2011-ci ildə Bakıda “Platin” restoranında Azərbaycanın iş adamlarından birinin qızının toy məclisində iştirak edib. Müğənni 2011-ci il sentyabrın 15-də isə Azərbaycanda vəzifəli şəxslərdən birinin oğlunun toyunda bir saat çıxışı edib.