Bu ay Azərbaycana səfər etməyə hazırlaşan tanınmış türk müğənnisi Sərdar Ortac ata olacaq. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, müğənni irlandiyalı sevgilisi Chloe ilə şam yeməyi yeyərkən nişanlısının çantasından çıxardığı həkim müayinəsinin nəticə kağızı paparazzilər tərəfindən lentə alınıb. Müğənni isə buna belə münasibət bildirib: “ Toyumdan əvvəl ata olmaq istəmirəm. Ailə quracağım insanın dini, irqi mənim üçün önəmli deyil. Əsas odur ki, məni başa düşsün”.
Qeyd edək ki, mayın 25-də Sərdar Ortac "Buta Palace”da müğənni Zarina Məmmədova ilə konsert verəcək.