“Muğam müsabiqəsi”nin iştirakçısı xanəndə Könül Tağıyeva ötən gün ailə qurub. Lent.az-ın məlumatına görə, paytaxt restoranlarının birində keçirilən toya müxtəlif sahənin tanınmış simaları qatılıb. Gecəyə dəvət alan müğənnilər xanəndəyə öz musiqi hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, 1990 təvəllüdlü olan K.Tağıyeva bu günə qədər bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olub. Sonuncu dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam 2007-2008" muğam müsabiqəsində iştirak edib və 8-ci yeri qazanıb.