Azərbaycanlı reper Qurd 6 ay öncə ayrıldığı prodüseri Cavid Rəbbani ilə yenidən bir araya gəlib. Bu barədə Lent.az-a reperin prodüseri Cavid məlumat verib.
O, bildirib ki, onların işbirliyi artıq bu gündən rəsmiləşib: “İlk öncə onu deyim ki, işdən savayı biz Qurdla dostuq. 2014-ci il oktyabr ayında işbirliyimizə son qoyduq. Buna səbəb həmin vaxt reperin bir şirkətlə müqavilə bağlaması idi. Müqaviləyə əsasən Qurdun prodüserliyini həmin şirkət həyata keçirirdi. İndi həmin layihəni həyata keçirənlər bu işi mənə tapşırıblar. Müqavilənin vaxtını 1 il də artırıblar. Qurdla işbirliyimiz həmişə uğurlu olub. Bundan sonra da həmin işlərin ardı gələcək”.