Azərbaycanlı prodüserin ailəsində xoş xəbər
15 iyul 2015 15:58 (UTC +04:00)

Azərbaycanlı prodüserin ailəsində xoş xəbər

Azərbaycanın tanınmış prodüseri Rövşən Cəfərov şad xəbər alıb. Lent.az-a açıqlama verən prodüser bildirib ki, qızı Nərmin Cəfərova Sankt-Peterburq Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib: “Qızım Nərmin dörd il idi ki, Azərbaycandan kənarda təhsilini davam etdirirdi. Nəhayət bu il o, Sankt-Peterburq Universitetini fərqlənmə diplomu ilə başa vurdu. Diplom təqdim olunan zaman mən də övladımın yanında idim. Həm ziyarət, həm ticarət deyib, orada bir neçə gün qalıb, istirahət də etdim. Bu gün Bakıya qayıtmışam. Bir valideyn kimi övladımın uğuruna sevinirəm. Bu peşəni özü seçdi və mükəmməl şəkildə də təhsilini başa vurdu. O, ingilis və alman dilləri üzrə filoloqdur”.

 

Qeyd edək ki, R.Cəfərov uzun illərdir xalq artisti Səməd Səmədovun prodüseridir. Bu günə qədər şou-biznesdə bir çox tanınmış müğənnilərlə, Nadir Qafarzadə, Ayan Babakişiyeva ilə işləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Yalçın UĞUR

Oxşar yazılar